Sizə bank adından zəng edib bu məlumatları soruşsalar… – XƏBƏRDARLIQbackend

Sizə bank adından zəng edib bu məlumatları soruşsalar... - XƏBƏRDARLIQ

Dələduzlar artıq “vishing” hücumlarına başlayıblar. “Phishing” hücumun səsli versiyası olan “vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.

Müvafiq hallarla qarşılaşdığınızda hüquq-mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.

Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*