Slovakiyada həmsədrlərlə görüş başladıbackend

Slovakiyada həmsədrlərlə görüş başladı

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti, rusiyalı həmsədri İqor Popov, amerikalı həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edirlər.

Qeyd edək ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*