Birinci Qarabağ müharibəsi veteranı, Siyəzən neftin işçisi Elnur Bayramov dünyasını dəyişib.
KONKRET.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşım edib.
Bildirib ki, erməni əsirliyində olmuş Elnur vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə tutulmuşdu:
“Neftçi yanvar ayında maddi yardım üçün SOCAR-a müraciət etdi. Ağrikəsən iynə dərmanlar almaq üçün .Deyirdi ağrılara dözə bilmirəm, pul çatdıra bilmirəm. Ancaq SOCAR-ın vəzifəliləri Elnura maddi yardım etmədi, etmək istəmədilər”.

Bəli, Qazılərimizə və hətta Şəhidlərimizə olan hörmət bu qədər olacaq…Millətimiz Qazılərimizə və Şəhidlərimizə olan hörmət İmtahanında Sinifdə Qaldı!!