Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
KONKRET.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil.
Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.
Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən “Muğam Ocağı” restoranında “Soel” parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır./qafqazinfo/
