ŞOK: ABŞ kəşfiyyatı 50 ildir ki, 120 ölkənin gizli yazışmalarını izləyib – “əsrin kəşfiyyat uğuru”backend

ŞOK: ABŞ kəşfiyyatı 50 ildir ki, 120 ölkənin gizli yazışmalarını izləyib - "əsrin kəşfiyyat uğuru"

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) alman kəşfiyyatı ilə birlikdə, İsveçrənin Crypto AG şirkətinin şifrələmə avadanlıqlarından istifadə edərək yarım əsr ərzində dünyanın 120-dən çox ölkəsindən gizli mesajları alıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Washington Post qəzeti yazır.

Məlumatı xüsusi xidmət orqanlarının sənədlərinə, aktiv və keçmiş kəşfiyyat işçilərinə verdiyi müsahibələrə istinadən Almaniyanın ZDF televiziya kanalı yayıb.

Nəşr bildirir ki, bu şirkətin avadanlıqları Latın Amerikasının hərbi xuntaları, İran, Hindistan, Pakistan və Vatikan tərəfindən alınmışdır. Bunların arasında SSRİ və Çin olmayıb.

CIA hesabat verir ki, “Ən azı iki ölkənin ən gizli təmaslarını ələ keçirmə ehtimalı üçün xarici hökumətlər ABŞ və Almaniyaya yaxşı pul ödəyiblər”.

“The Washington Post”a təqdim olunan kəşfiyyat sənədi “əsrin kəşfiyyat uğuru” adlandırılır.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*