ŞOK: İsrail ABŞ-ı sakitləşdirmək üçün İrana hücum edə bilərbackend

ŞOK: İsrail ABŞ-ı sakitləşdirmək üçün İrana hücum edə bilər

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq istəyi Amerikanı razı salmaqla yanaşı, rəsmi Tehranı təşviq edə bilər.  

KONKRET.az “Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Mayk Pompeo hərbi əməliyyatların heç kimin maraqlarına uyğun olmadığını deyib.

Pompeo Tramp administrasiyasının Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmaq qərarını müdafiə edərək, bu siyasətin “dünyanı İran rejimindən daha təhlükəsiz etdiyini” söyləyib:

“Biz onlara resurslar verməkdən imtina etdik və İranın Fars Körfəzində təhlükə yaratmaq imkanlarını məhdudlaşdırdıq. Qüds İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Qasim Süleymaniyə edilən hücum, Amerikanın maraqlarını bütün dünyada müdafiə etmək istəyimizi sübuta yetirdi. Gördüyümüz iş İranın nüvə silahı əldə etməsinə mane olurdu” – deyə Pompeo vurğulayıb.

Pompeo əlavə edib ki, Tramp bir-iki il hakimiyyətdə qalsaydı, o zaman onunla İsrail arasındakı əməkdaşlıq İranın nüvə inkişafının qarşısını ala bilərdi: “İranın gözümüzün qarşısında nüvə silahı əldə etməsinə heç vaxt icazə verməzdik” – deyə o vurğulayıb.

“İşğal, tərifi qanunla İsrail dövlətinə şamil edilməyən hüquqi bir termindir. İsrailin ABŞ-a dəstəyi Amerika vətənpərvərliyinin ifadəsidir”. – Mayk Pompeo fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*