SON DƏQİQƏ! Avqustun 15-dən QİYMƏTLƏR QALXIRbackend

SON DƏQİQƏ! Avqustun 15-dən QİYMƏTLƏR QALXIR

Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.

KONKRET.az xəbər verir ki,bu haqda məlumatı bir müddət əvvəl internet provayderləri öz saytlarında yayıb.

Tariflər necə müəyyən olunacaq? Xidmət səviyyəsi tariflərə uyğun olacaqmı?

Vətəndaşları maraqlandıran bu suallara cavab tapmaq üçün “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə müraciət etdik.

Qurumun Mətbuat Xidmətindən Referans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC əhalinin yüksəksürətli internetə olan tələbatının artmasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər həyata keçirəcək.

“Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və maksimum sürət 250 Mbit/s təşkil edəcək. Hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək.

Qeyd edək ki, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlara çıxışın təmin edilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network/ Giqabit Passiv Optik Şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir”.

Məlumatda qeyd olunub ki, GPON fiber-optik xətlər vasitəsilə genişzolaqlı kommunikasiya texnologiyasıdır. Əsas məqsədi ev, mənzil və biznes subyektlərini yüksəksürətli internet bağlantısı ilə təmin etməkdir.

“GPON fərqli xidmətlərin (internet, telefon, televiziya və s.) eyni fiber-optik xətt üzərindən ötürülməsinə imkan verən bir sistemdir. GPON texnologiyası 2,5 Gbit/s endirmə (download) və 1,25 Gbit/s yükləmə (upload) sürətini dəstəkləyir.

Bu, internetdən çoxlu sayda məlumatların sürətli şəkildə ötürülməsinə imkan verir, fiber-optik xəttin effektiv istifadəsini təmin edir və bu səbəbdən daha çox istifadəçiyə xidmət göstərə bilir. Bu texnologiya optik xətlərin 10-12 km-dək olan məsafələrdə istifadə edilməsinə imkan yaradır, geniş ərazilərdə xidmət göstərməyi asanlaşdırır və müxtəlif xidmətlərin (internet, IPTV, VoIP və s.) eyni zamanda ötürülməsi zamanı xidmət keyfiyyətinin təmin edilməsini dəstəkləyir.

Əlavə məlumat üçün bildirək ki, qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək”.

Vətəndaşlara tariflərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Aztelekom” MMC üçün Fərdi müştərilər və Biznes müştəriləri  linklərinə, “Bakı Telefon Rabitəsi” MMC üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə keçid etmək məsləhət görülür.

  • Yavuz Eyyubov
    Avqust 14, 2024 - 13:55

    İnternet bahalaşsa hamı imtina etsin, boykot edək.

    • FA
      Avqust 15, 2024 - 01:51

      Biz edəcəyik amma hamı etməyəcək🤦🏻‍♀️🤦🏻‍♀️

    • Calal
      Avqust 15, 2024 - 10:57

      Gərək 500manat etsinlər. Çox azdır 25 manat. Onsuz da bambılı sayırlar xalqı, mən də daxil.

    • Murad
      Avqust 15, 2024 - 12:24

      Şikayətçi varki bəyəm sürətdən,şəraiti yaxşı edirsiz qiyməti 40%qaldırıb, onsuzda hərşeyi qaldıra qedirsiz

    • Gülnara
      Avqust 15, 2024 - 13:45

      Xalqı düşünmək lazımdır.Axı işsizlərin sayı daha çoxdur iş yerləri açan yoxdur.Bahalaşmanın qarşısı alınmalıdır

    • Niko
      Avqust 15, 2024 - 14:19

      Nə yaxşı ki ölüm var bu dünyada və ən əsası gedəndə heç kim özüynən hələ heçnə aparmayıb və aprmazda bundan sonra Yaradanın qanunu hec vaxt dəyişmir.qoy eləsinlər..kim aparacaq özu ilə.

    • Əjdər
      Avqust 15, 2024 - 22:25

      Büdcəni doldurmaq lazımdır.
      Başqa yol yoxdur. Hamı vatsapla danışır
      Belə olmaz

    • Nicat
      Avqust 15, 2024 - 23:14

      Bu bir birinden ayrılmış, millet olmaqdan çıxmış heç kimin bir-birinə inanmadığı, yalanlar ölkesi Azərbaycan bura bizə bunlar azdı helə nələr görecek yazıq usaqlar

  • Adil
    Avqust 14, 2024 - 14:25

    Rayon və kənd əhalisini götürsək, 25 manat çox bahadır kəndli üçün. Birdə ki, 100 mbit kəndlinin nəyinə lazımdır, əgər indiki sürət onu qane edirsə.

    • İradə
      Avqust 14, 2024 - 14:43

      Hələ Bakıya da bağadır. Elə bilirlər ki millətin pulu tökülür.

    • Maqa
      Avqust 14, 2024 - 15:29

      Şəxsən bir kəndli olaraq 13 manatdığ internet məni qane etmir bu əladı kim bəyənmir mbya keçsin olar bundan betər od qiymətinədi

    • Fizuli Dövlətov
      Avqust 14, 2024 - 20:38

      Əgər bizimlə 18 manat məbləğlə muqavile bağlanibsa nəyə görə əhali kasib təbəqəni məhv etmək istəyirlət.Bunlar xalqı yox öz dərin düşünürlər.Gəlin etirazimizi bildirəyin.Azərbaycan xalqimi məhv etmək kor etmək olmaz.

  • Adil
    Avqust 14, 2024 - 15:27

    Məqsəd internetin sürətini artırmaq deyil, xalqı soymaqdı

  • Maqa
    Avqust 14, 2024 - 15:30

    Əladı canımız qurtardı bərbad internet sürətindən🤝🏻

    • Coşqun
      Avqust 14, 2024 - 19:15

      Elə o dəqiqə canıvuz qutaracaq gözləyin 18 manat veririk ayın yarısı ya internet itir ya da çox zəif olur Azərbaycanda normal internet var ki

  • Haller
    Avqust 14, 2024 - 15:45

    Ozunuze laiq…

  • Kənan
    Avqust 14, 2024 - 18:02

    Seçim haqqı abonentlərin əvəzindən edilir. Köhnə qiyməti saxlasın, yeni sürətli interneti də 25 manata satsın. İstəyən yeni qiymətnən ya da köhnə qiymət ilə alsın.

  • Könül
    Avqust 14, 2024 - 23:50

    Ayın 15den rəsmi açıqlama verirler bahalaşacaq,City net ayın 2den artıq 25manatdan ödənişi tələb etdi odedim çarəsiz.Deyir özəl şirkətik bizde beledi ancaq sürət hemen sürerdi,heç bir dəyişiklik yoxdur.Sureti behane edib qiymət artımı edirler .

  • Fuad
    Avqust 15, 2024 - 01:07

    Qəsdən camaatın cibinə girirlər.
    Rəqabət üçün aşağı tariflər də olmalıdır.
    100Mbit artıq şeydi sadə bir ailə üçün.
    Məqsəd pul yığmaqdı camaatdan

    • Xanım
      Avqust 16, 2024 - 11:16

      Normal internet gozel idi mence artıq xercdi hec kim razı deyil buna baxmayaraq qaldirirlar

  • FA
    Avqust 15, 2024 - 01:50

    İnternet sürətinə artırmaq istəyən ayrı paketə qoşulsun biz öz intermetimiz ilə davam edəkda 15 manatdan 25ə qaldırmağınız həqiqətən söz tapmaq olmur

    • Firuz
      Avqust 15, 2024 - 09:29

      Tamamilə düz deyirsiniz

  • Kenan
    Avqust 15, 2024 - 04:30

    Boynu enliler muqavile baglanibda .pulu geciktirsek cermeliyirsiz hetda qoy sabit qiymetde qalsinda ideal olmayan internetiniz.Azerbaycan xalqini az soyunda

  • Mətanət
    Avqust 15, 2024 - 06:55

    Nə qədər pul xərcləyib internet çəkiblər camaatın evinə. Gərək onun əvəzini 5 qat qazansınlar ya yox. 20 də yox 25 m adam deməyə söz tapmır

  • Seva
    Avqust 15, 2024 - 08:55

    Men 18 manat ödeyrem pilekene heyete dusmek isdeyen kimi internet tutmur neyine 25 verecem 25 olan kjmi legv edecem interneti

  • Firuz
    Avqust 15, 2024 - 09:25

    Hörmətli Aztelekom,bizə 13 AZN i tapa bilmirdik,25 AZN i hardan tapaq? İki qat internet haqqı artırmaq olar? Belə soyğunçuluq olmaz!!! HAMI NARAZILIĞINI BİLDİRSİN, ÖDƏNİŞ ETMƏSİN HEÇKİM.

  • Mən
    Avqust 15, 2024 - 09:37

    Guya qiymət qalxıb,keyfiyyət də qalxıb?

  • Roma
    Avqust 15, 2024 - 11:13

    bizə hələ buda azdı qalmışıq bir neçə dılğırın əlində kim nə istəyir onuda edir qalxızun hər şeyin qiymətin .yerdə yer azdı deyib,qoydu ayaq başımıza
    yerə girsəkdə dözüb başda ayaq gəzdiririk . Baba Pünhan.

  • Simuzər
    Avqust 15, 2024 - 11:49

    O qeder tiktokda qazandiqlari pullari dediler . Hamsi ondandi. Dedilər gəlir yeri tiktokdu qoy qiymeti artiraq vergi ala bilmirik belə alaq

  • Irada
    Avqust 15, 2024 - 12:19

    Платили 10 ТВ и 18интернет=28м. Теперь если еще и ТВ не подымут, с бюджета будет уходить 35ман🤦‍♀️За их повышениями не угнаться с нашей мизерной зарплатой. Придётся от ТВ отказаться😒

  • Jasmin
    Avqust 15, 2024 - 15:54

    Surəti qaldırmağ uchun 4 Gden 5Gye kechid edəcəklər bu da xəstəlikdir başdan ayağa! Bəsdirin xalqı əsəbi və onkoloji etdiniz. Təbiətə qarshi getmək olmaz. Təbiiliyi saxlamag laizndir. Birdkei maashalri artırın indeksikasiyani edin bu nədir illərdir bahalshma gedir amma maash qalxmır. Millət pis durumdadır. Xəstəlik Bash alıb gedir. Pensiyaları qaldırın ən azı min manat olsun pensiya. Pensionerler xaricə gəzməyə müalicəyə gedə bilsinlər acından ölməsinler. Xalqın rifahını qaldırmağ lazımdır interneti qaldırmağ və bahalashdirmag lazim deyil.

  • Samir
    Avqust 15, 2024 - 16:09

    Mənim üçün də çoxdu mənim haqqımı vermirlər mən necə internetin pulunu verəcəm heç bir yer də işləmirəm

  • Nurlana
    Avqust 15, 2024 - 17:58

    Məndə razı deyiləm bahadir

  • Meray
    Avqust 15, 2024 - 20:57

    Salam.Bu ne soyğunçuluqdu axı.Siz bu milleti beləmi aldadıb soyursuz?Bu fikri kim irəli sürüb axı?bu nə başsizliqdi baş alıb gedir?Bir maraqlanin bu əhali necə dolanır ondan sonra bu qanun qaydaları irəli sürün.Bir müqavilə imzaladırsiz internet çəkirsiz rayona,kəndə.Hec demə bununda arxasında da öz mənafeyinizi düşünürsuz.Ayibdir vallah utanın

  • Rəhim
    Avqust 15, 2024 - 21:45

    Cindirlar oyun cixarireee kul basiniza

  • Gülüm
    Avqust 15, 2024 - 23:02

    Milletimiz ac qala biler internetsiz əsla, bilirler ki camaat berecey pulu qalxsada.

  • Fakir
    Avqust 15, 2024 - 23:53

    Sosiyal almaga gelende aileni ele arasdirirlarki ama interneti mecbur ediblerki adam 3ay evde olmasa mutleq odemelidi.adunida qoyublar pulsuz cekilir.1il.deyil internet cekdiyimiz.od qiymeti mademler hecne oldu..hele cekme haqqi nömrə haqqi şunurlari saymiram.

  • Nara
    Avqust 16, 2024 - 09:07

    Dunen avqustun 15 idi. Hemiseki kimi 21 manat odedim. Odemirem 25. Heyete dusen kimi internet yox olur. Neyime lazim.

  • Lale
    Avqust 16, 2024 - 11:10

    Camahti ne hala
    Qoyurlar.xesdexana isdifade ediler internet qder bir evde isdifade edilmir axi.insalara secim haqqi qoyulmaldir.bu dövletnen marağlanan yoxdur..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*