SON DƏQİQƏ: NATO-nun baş katibi Yens Stoltenberqin mandatı UZADILDIbackend

SON DƏQİQƏ: NATO-nun baş katibi Yens Stoltenberqin mandatı UZADILDI

Oktyabrın 1-də vəzifəsini tərk etməyə hazırlaşan Yens Stoltenberqin Rusiya-Ukrayna müharibəsi səbəbindən mandatının uzadılacağı bildirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Stoltenberqin NATO-dakı səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq.

NATO-dakı vəzifəsinə davam edib-etməyəcəyi ilə bağlı suala, Stoltenberq belə bir qərarı üzv dövlətlərin verməli olduğunu deyib.

Oktyabrın 1-dən Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsinə keçməsi planlaşdırılan Stoltenberq dünyanın ən böyük sərvət fondu olan Norveç Sərvət Fondunu da idarə edəcək.

Qeyd edək ki, İqtisadçı və Norveç Fəhlə Partiyasının keçmiş lideri olan Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olub. Stoltenberq bundan əvvəl iqtisadiyyat naziri və energetika naziri postlarını tutub.

İqbal Rzayev,

KONKRET.az,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*