SON DƏQİQƏ: Polşa 40-a yaxın rusiyalı diplomatı ölkədən çıxardı – ÖZƏLbackend

SON DƏQİQƏ: Polşa 40-a yaxın rusiyalı diplomatı ölkədən çıxardı - ÖZƏL

Polşa 40-a yaxın rusiyalı diplomatı casusluqda ittiham edərək ölkədən çıxarır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın informasiya portalı “ONET” özəl mənbələrinə istinadən məlumat yayıb. Rusiya səfirliyi isə Polşada təxminən 50-yə yaxın diplomatının çalışdığını açıqlayıb.

“Onet”in məlumatına görə, Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev bu məsələ ilə bağlı Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Polşa hakimiyyətinin məlumatına görə, ölkə ərazisində Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərən keçirmiş rusiyalı diplomatların siyahısında təxminən 40 nəfər yer alıb. Onların arasında Rusiyanın Varşavadakı səfirliyinin əməkdaşları da var.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*