“Roskosmos”un baş direktoru Dmitri Roqozin Qərbi Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. Onun sözlərinə görə, sanksiyalar Beynəlxalq Kosmik Stansiyaya (BKS) xidmət edən Rusiya kosmik gəmilərinin işini poza bilər.
KONKRET.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə dəstəkləyən “Roskosmos” rəhbəri sanksiyaların stansiyanın orbitini tənzimləməyə kömək edən Rusiya seqmentinə təsir göstərə biləcəyini deyib. O əlavə edib ki, 500 tonluq struktur dənizə və ya quruya düşəcək. Roqozin mümkün qəza yerlərinin xəritəsini də dərc edib: “Bu xəritəni amerikalı astronomlar mənimlə mübahisə edərək hazırlayıblar. Amma Beynəlxalq Kosmik Stansiyanın məhv edilməsi üçün ən az təhlükə məhz Rusiyadan gəlir. Lakin digər ölkələrin, o cümlədən müharibəni alovlandıran dövlətlərin “Roskosmos”a qarşı başlatdıqları sanksiyaların qiymətini düşünməliyik” – Roqozin vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Rusiya prezidenti Dmitri Peskovun mətbuat katibi, həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq etdiyi barədə də məlumat yayılıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
