Son sutkada 4 nəfər koronavirusa yoluxdubackend

Son sutkada 4 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 573 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 964 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 752, bu günə qədər isə ümumilikdə 7 345 149 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*