“Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Bakının uzunmüddətli atəşkəsi davam etdirmək niyyətində olmadığını bildirib”.
“Azərbaycanın məqsədi bütün torpaqların azad edilməsidir və bu, prezident səviyyəsində dəfələrlə deyilib. Sonuna qədər gedəcəyik. Bu humanitar atəşkəsin məqsədi əsir və cəsədlərin mübadiləsi etməkdir, lakin bu müharibənin sonu deyil.
KONKRET.az xəbər verir ki, armenianews.today saytı Azərbaycan XİN rəsmisinin açıqlamasını böyük təlaşla yayımlayıb.
Sayt Leyla Abdullayevanın açıqlamasını şərhsiz olaraq dərc edib: “İndi hər tərəfdən atəşkəs və eskalasiyanın azaldılması ilə bağlı çağırışlar alırıq, amma 30 ildir danışıqlar apardığımızı deyirik, amma heç bir nəticə olmayıb. Atəşkəs heç bir şəkildə ərazilərin azad edilməsinin dayandırılması kimi yozulmamalıdır”.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan isə bu açıqlamaya özünü sındırmayaraq belə bir münasibət bildirib: “Biz bunu eşitmək istəyirdik”
