backend

"Soqomon Teyliryanın abidəsi söküləcək" - Zöhrabyan

“Soqomon Teyliryanın abidəsi söküləcək”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu erməni deputat Naira Zöhrabyan deyib. O, Şirak bölgəsinin Maralik şəhərində Soqomon Teyliryana  qoyulan abidənin tezliklə söküləçəyini bildirib.

“Avropalı həmkarlarımdan dəqiq məlumatım var, təsdiq edirəm ki, yaxın aylarda Maralikdə Soqomon Teyliryanın abidəsinin söküləcək və bununla bağlı hər kəslə mübahisə etməyə hazıram”.

O, bu barədə Facebook səhifəsində narahatlığını yazsa da, ona xəbərdarlıq olunaraq yazısı silinib.
“Narahatlığımı Facebook vasitəsilə bildirməyə çalışdım, lakin yarım saat sonra xəbərdarlıq aldım və yazım silindi”- Zöhrabyan təəssüfünü bildirib.

Xatırladaq ki, Ermənistanın Şirak bölgəsində Osmanlı imperiyasının son baş nazirlərindən olan Tələt paşanı öldürən daşnak Soqomon Teyliryana  heykəl inşa olunub. Heykəlin ayağının altına isə Mehmet Tələt paşanın kəsik başı qoyulub.

Türkiyə ilə münasibətlərin normallaşdırılma proseslərində Ermənistana 3 əsas şərt irəli sürülüb:

Torpaq iddialarından əl çəkmək, “soyqırım” məsələsini gündəmdən çıxarmaq və Teyliryanın abidəsinin sökmək.

Ermənistan “ev tapşırıqları”nı deyəsən yerinə yetirməyə çalışır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*