Şoyqu Pentaqonun zənglərinə cavab vermir – “The Washington Post”backend

Şoyqu Pentaqonun zənglərinə cavab vermir - "The Washington Post"

“Son 7-10 gün ərzində ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi Mark Milley dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla əlaqə saxlamağa cəhd ediblər.”

KONKRET.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Lakin Rusiya hərbi rəhbərliyi əlaqə saxlamır. Hava məkanında mümkün münaqişələrin həlli üçün xüsusi olaraq yaradılmış qaynar rabitə xətti hələ də təyinatı üzrə istifadə olunmayıb” – deyə məlumatda qeyd edilib

Bildirilib ki, bununla bağlı ABŞ-da iki versiya ortaya atılıb. Belə ki, ya Sergey Şoyqu və Valeri Gerasimov “xüsusi əməliyyatın” uğursuzluğu səbəbindən uzaqlaşdırıldı və ya Rusiya Federasiyası bilərəkdən Amerika ilə əlaqə qurmur, bu da ölkələrin birbaşa toqquşmasına səbəb ola bilər.

Qeyd edək ki, martın 23-də rusiyalı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxmasına diqqət çəkib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi iddia edilib. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*