Şoyqu Rusiya ordusundakı ayrı-seçkilikdən şikayətləndi – QALMAQALbackend

Şoyqu Rusiya ordusundakı ayrı-seçkilikdən şikayətləndi - QALMAQAL

Rusiyanın Tuva Respublikasında hərbi xidmətə gedən Şoyqu adlı əsgər rus ordusunda etnik mənsubiyyətə görə ayrı-seçkilikdən şikayətlənib. O, müraciəti “İnstaqram” hesabında ana dilində yayımlayıb. Əsgər Yaroslavl vilayətindəki Rostov Velikyada xidmət etdiyini və komandanın “milliyyətinə, “Şoyqu” adını daşıdığına və Tuva Respublikasından gəldiyinə görə incidildiyini və təhqir olunduğunu yazıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Lenta.ru” Müdafiə Nazirliyinə şərh üçün müraciət edib. Lakin hələ ki, cavab ala bilməyib.

Tuvanın rəhbəri Şolban Kara-ool “Vkontakte” səhifəsində hərbi komandanlıqla əlaqə saxladığını, bütün vəziyyətləri aydınlaşdırdığını və Şoyqunun haqlı olduğunu yazıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*