Şoyqu xəstəxanadadır.
KONKRET.az xəbər verir ki, bu barədə nazirin adının çəkilməsini istəməyən tanışı məlumat verib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 11-də ictimai məkanda görünməyi dayandırıb. O vaxta qədər Şoyqu mediada çox fəal idi və demək olar ki, hər gün xəbərlərdə görünürdü.
Şoyqunun əhatəsində olanlar pis olduğunu – ürəyində problem olduğunu müzakirə edirlər.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun yoxa çıxdığı bildirilir. Onun Türkiyə Baş Qərargahının rəhbəri Yaşar Gülər ilə danışıqları barədə xəbərlər yayılandan sonra martın 11-dən onun iştirakı ilə baş verən hadisələr barədə məlumat verilmir.
Xuraman Etibarlı,
KONKRET.az
