Stalinin nəticəsi həyat yoldaşı ilə birlikdə yoxa çıxdıbackend

Stalinin nəticəsi həyat yoldaşı ilə birlikdə yoxa çıxdı

Artıq üç aydır ki, Moskvada İosif Stalinin itkin nəticəsi Səlim Bensaadı axtarırlar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Starhit nəşri yayıb.

Həyəcan itkin düşənin atası Xosin Bensaad tərəfindən səsləndirilib.

Xosin 2007-ci ildə vəfat edən generalissimunun nəvəsi – Qalina Yakovlevna Cuqaşvili ilə evlənib. Səlim onların tək övladları olub. Son illərdə Səlim həyat yoldaşı Natalya ilə birlikdə Moskvanın mərkəzində öz mənzillərində yaşayırmış.

Bir neçə ay əvvəl yoxa çıxıblar. Sonra atası polisə və mediaya müraciət edib.

Xosinin sözlərinə görə, Səlim eşitməkdə çətinlik çəkirmiş. Bəzən ailədə qarşıdurmalar olurmuş, sonra isə barışırmışlar. Sonuncu dəfə Xosin Səlimi keçən il sentyabrın 13-də Əlcəzairə uçmazdan əvvəl görüb. Noyabr ayında Rusiyaya qayıdıb, amma hələ də oğlu və gəlinini görməyib. Yalnız bir dəfə Xosin Bensaad oğlundan qəribə SMS alıb. Oğlu ondan “əl çəkməyi”  və bütün suallarla vəkillə əlaqə qurmağını istəyib.

Xosin bu mesajın varisi tərəfindən deyil, Səlimi iradəsinə qarşı tutan bəzi təcavüzkarlar tərəfindən yazıldığına inanır.

Mənzildə isə ödənilməyən hesablar tapılıb. Bəzi şəxsi əşyaları yoxa çıxıb.

Polis “yoxa çıxmağın” ailənin dağılması ilə əlaqəli olduğunu söyləyib, çünki Stalinin nəticəsi artıq qohumları ilə təmasda olub.

Hüquq-mühafizə orqanının əməkdaşları isə “özünüz axtarın” deyib. Bunu Səlimin bəzən əlaqə yaratmağı ilə əlaqələndirirlər. Düşünürlər ki, bu, bir ailə münaqişəsidir.

Xosinin dostlarının fikrincə, Səlimin itkin düşməsi maklerlərin və ya sektantların işi ola bilər.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*