Su-57-lər etibarlı deyil? – İDDİAbackend

Su-57-lər etibarlı deyil? - İDDİA

Rusiya Hərbi Hava Qüvvələrinə təhvil verilməli olan 4 ədəd Su-57 döyüş təyyarəsinin tədarükündə problemlərin olduğu ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Star” nəşri iddia edib.

“Döyüş təyyarələrinin tədarükünün kəsilməsinin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, əvvəllər Su-57-lərin istehsalında bəzi çətinliklərin olması barədə də məlumat yayılmışdı. Hətta, problemlərlə bağlı hesabat da hazırlanmışdı.

Bununla yanaşı, Su-57-lərin ilk seriyası təhvil verildikdən sonra ikinci tədarükdə dizayn problemlərinin olması barədə təsdiqlənməmiş məlumatlar da mövcuddur”, – nəşr yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*