Süleyman Soylu ABŞ-ın terrorla bağlı başsağlığı verməsini TƏNQİD ETDİbackend

Süleyman Soylu ABŞ-ın terrorla bağlı başsağlığı verməsini TƏNQİD ETDİ

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bazar günü İstanbulda törədilən terror aktı ilə bağlı ABŞ-ın rəsmi başsağlığı verməsini kəskin tənqid edib.

KONKRET.azA Haber”ə istinadən xəbər verir ki, nazir buna yaxın vaxtlarda cavab veriləcəyini qeyd edib.

“Bu aksiyanı həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq, cavab tədbirləri heç kəsi narahat etməsin. ABŞ-ın bu gün verdiyi başsağlığı, sanki qatilin hücum yerinə ilk gələnlərdən biri kimi qiymətləndirilə bilər”, – türkiyəli nazir deyib.

Eyni zamanda, Soylu başsağlığı mətni təqdim etməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*