Coratda dənizdə batan gəncin meyiti tapıldı – YENİLƏNİBbackend

Coratda dənizdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

***

Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

Report-un yaydığı xəbərə görə, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Nəbiyəv Kamal Mirzə oğludur.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*