Sumqayıtda üç avtomobil toqquşdubackend

Sumqayıtda üç avtomobil toqquşdu

Sumqayıtda zəncirvari qəza baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq digər iki avtomobilə çırpılıb.

Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*