Suriya neftini bu şəxs satır – ƏTRAFLIbackend

Suriya neftini bu şəxs satır - ƏTRAFLI

Suriyada Fərat çayının şərqindəki neft yataqlarını işğal edən PKK/YPG terror təşkilatı Deyr əz-Zordakı nefti xarici şirkətlərə satır.

KONKRET.az TRT Haber”ə istinadən xəbər verir ki, satışı terror təşkilatına bağlı olan “Cezire Oil Company” şirkəti həyata keçirir.

Məlumata görə, neft şirkətinə PYD-nin keçmiş rəhbəri Şahoz Həsən rəhbərlik edir.

Qeyd edək ki, 1994-cü ildə PKK-ya qoşulan Şahoz Həsən 2011-ci ildə Suriya müharibəsinin başlaması ilə təşkilatın bu ölkədəki qolu olan PYD/YPG-də fəaliyyətini davam etdirib.

O, 2017-2020-ci illərdə PYD-yə rəhbərlik edib. Daha sonra Suriyada neft və təbii qaz satışını həyata keçirərək terror təşkilatı PKK/YPG-yə pul yığmağa başlayıb.

Məlumata görə, ötən ilin dekabr ayında Suriya Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ və PKK/YPG-ni Suriya neftini oğurlamaqda ittiham edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*