Şuşa daha bir möhtəşəm tədbirə hazırlaşır – Xüsusi bəyannamə imzalanacaqbackend

Şuşa daha bir möhtəşəm tədbirə hazırlaşır - Xüsusi bəyannamə imzalanacaq

Yaxın günlərdə Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətləri Azərbaycana səfərə gələcək.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisdə Azərbayaycan, Türkiyə və Pakistan parlamentinin nümayəndə heyətlərinin birgə iclası keçiriləcək.

Bu iclasdan sonra hər üç ölkənin parlament təmsilçilərinin Şuşaya səfəri gözlənilir. Əldə etdiyimiz məlumata görə, hər iki ölkədən təxminən 60 nəfərlik nümayəndə heyətləri Bakıya gələcək.

Şuşada keçirilən toplantından sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında xüsusi Bəyannamənin imzalanacağı bildirilib.

İmzalanacaq Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi, hər üç ölkə arasında siyasi münasibətlərin daha da gücləndirilməsi və başqa sahələri əhatə edəcək./Avropa.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*