Tacikistanda təhlükəsizlik qüvvələrinə qarşı hücum – 1 ölü, 13 yaralıbackend

Tacikistanda təhlükəsizlik qüvvələrinə qarşı hücum - 1 ölü, 13 yaralı

Tacikistanda silahlı cinayətkar qruplaşma ölkənin Dağlıq Bədəxşan Muxtar Vilayətində Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin kolonuna hücum edib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident nəticəsində 1 zabit həlak olub, daha 13 əsgər isə yaralanıb.

Xatırladaq ki, Tacikistanın hüquq-mühafizə orqanları ölkənin şərqində antiterror əməliyyatı başlayıb. Əməliyyat Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə Çini birləşdirən Düşənbə-Kulma avtomobil yolunu bağlayan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı həyata keçirilir.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*