Tailandda içərisində turist olan iki sürətli kater toqquşub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
Hadisə nəticəsində zərərçəkənlərin olduğu deyilir.
Agentliyin məlumatına görə, zərərçəkənlər arasında 8-10 yaşlı bir qız və başqa bir gənc var.
Hadisənin Phuket adası yaxınlığında baş verdiyi aydınlaşdırılıb. Xilasedicilər təcili hadisə yerində işləyirlər.
Alınan son məlumata görə toqquşma zamanı 20-dən çox insan yaralanıb. Zərərçəkənlərin Rusiya vətəndaşları olduğu bildirilir.
Phuket polisindən verilən məlumata görə, 12 yaşlı bir oğlan və 6 yaşlı bir qız ölüb.
22 nəfər yaralı xəstəxanalara aparılıb.
Ümumilikdə iki qayıqda 39 nəfər olub.
Babək Göyüş
KONKRET.az
