Tailanddakı atışma cinayətkar da daxil olmaqla 27 nəfərin ölümünə səbəb olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri, general Prayut Chan Ocha bildirib.
Son məlumatlara görə, hadisə nəticəsində xüsusi təyinatlılar, mülki şəxslər və cinayətkar da daxil olmaqla 27 nəfər ölüb.
57 nəfərin də xəsarət aldığı deyilir.
General hazırda 45 zərərçəkənin xəstəxanalardan evə buraxıldığını deyib.
Onun sözlərinə görə, iki yaralıya neyrocərrahiyyə əməliyyatı edilib.
Qeyd edək ki, Tailand hərbçisi Nakxonratçasima şəhərində sakinlərə atış açıb.
Rusiyanın Tailanddakı səfirliyi yaralananlar və öldürülənlər arasında rusların olmadığını bildirib.
Babək Göyüş
KONKRET.az
