Tailandın Baş naziri hərbçinin nədən atəş açdığının səbəbini açıqladıbackend

Tailandın Baş naziri hərbçinin nədən atəş açdığının səbəbini açıqladı

Tailandda hərbçinin atəş açmağının səbəbi onun həmkarları ilə münaqişədə olmasıdır.

KONKRET.az xəbər verir ki, bu fikirləri ölkənin Baş naziri, general Prayut Chan-Ocha söyləyib.

RİA Novosti agentliyi bildirir ki, Tailand quru qoşunlarının serjantı bir evin satılması ilə əlaqədar əsgər yoldaşları ilə münaqişədə olub və bu səəbəbdən atəş açıb.

Baş nazir qeyd edib ki, komandanlıq faciə ilə bağlı təfərrüatı araşdıracaq.

Qeyd edək ki, Tailand hərbçisi Nakxonratçasima şəhərində sakinlərə atış açıb. Hadisə nəticəsində atıcı da daxil olmaqla 27 nəfər ölüb, 57 nəfər yaralanıb.

Rusiyanın Tailanddakı səfirliyi yaralananlar və öldürülənlər arasında rusların olmadığını bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*