İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində xəsarət alaraq Taksim Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilən 49 yaralıdan 36-ı evə buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə APA-nın İstanbul müxbirinə xəstəxanadan bildirilib.
“Müalicəsi davam edən 13 nəfərin vəziyəti stabildir, onlardan 5-i əməliyyat olunacaq. Yaralıların əksəriyyəti qəlpə yarası alıb”, – deyə müsahib qeyd edib.
