Taliban Kabildə ticarətçilərdən ələ keçirdiyi üç ton spirti çaya töküb.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Taliban müsəlmanların spirtli içkilərin istehsalı və istehlakından qəti şəkildə çəkinməli olmalarında iddialıdır və bu cür cinayətlərə qarşı sərt davranır. Bununla əlaqədar üç içki satan şəxs saxlanılıb.
Qeyd edək ki, spirtli içkilərin istehsalı və satışı əvvəlki hakimiyyət orqanları tərəfindən də qadağan edilmişdi.
Talibanın 3 ton spirti çaya tökdüyü görüntülərini təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
