TASS: Britaniya Fridmandan sanksiyaları pozmaqda şübhələnirbackend

TASS: Britaniya Fridmandan sanksiyaları pozmaqda şübhələnir

Rusiyalı iş adamı Mixail Fridman şənbə günü, dekabrın 3-də Böyük Britaniyada sanksiyaları pozmaqda şübhəli bilinərək saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə iş adamına yaxın mənbə TASS-a bildirib. Rusiya dövlət agentliyinin məlumatına görə, cənab Fridman artıq zaminə buraxılıb.

İlkin olaraq Böyük Britaniyanın Milli Cinayət Agentliyi 58 yaşlı rusiyalı biznesmenin saxlanılması barədə məlumat yayıb. Lakin iş adamının adı açıqlanmayıb. Saxlanılma səbəbi kimi çirkli pulların yuyulması və saxta ifadələr vermək, eləcə də Britaniya Daxili İşlər Nazirliyini aldatmaq üçün sui-qəsd şübhəsi göstərilib. Saxlanılar arasında, iş adamının yaşadığı malikanənin 35 yaşlı işçisi və polisin dələduzluq məqsədi ilə çirkli pulların yuyulmasında və sui-qəsddə şübhəli bildiyi 39 yaşlı kişi də olub. Rəsmi məlumata görə, hər üç şəxs zaminə buraxılıb.

Saxlanılan iş adamının yaşı “Alfa Group”un və “LetterOne” holdinqinin həmtəsisçisi, Londonda yaşayan Mixail Fridmanın yaşı ilə üst-üstə düşür. Alfa-Bank-ın mətbuat xidməti isə cənab Fridmanın həbsdə deyil, evdə olduğunu açıqlayıb. Həmçinin onun baş verənlərlə heç bir əlaqəsi olmadığını qeyd edib. Fridmanın özü Forbes açıqlamasında bildirib ki, hər şey qaydasındadır və həftə sonu dostları ilə görüşəcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*