Taxılın daşınmasına türkiyəli admiral nəzarət edəcəkbackend

Taxılın daşınmasına türkiyəli admiral nəzarət edəcək

Ukraynadan taxılının dünya bazarına daşınmasını həyata keçirəcək İstanbul Koordinasiya Mərkəzinə türkiyəli admiral başçılıq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib.

Məumatda deyilir ki, koordinasiya mərkəzində Taxıl Sazişinə imza atmış BMT və dörd ölkədən 20 nümayəndə çalışacaq. Məlumata görə, Ukrayna, Rusiya və BMT nümayəndələri artıq İstanbula gəlməyə başlayıblar. Ukrayna və Rusiya hərbçiləri yalnız zərurət yarandığı təqdirdə görüşəcəklər. Onlar bir yerdə deyil, ayrı-ayrı kabinetlərdə işləyəcəklər.

Ukraynanın üç limanından – Odessa, Yujnı və Çornomorskdan taxılın daşınması marşrutlarında naviqasiyanın təhlükəsizliyinə gecə-gündüz nəzarət ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*