Təhsilin İnkişafı Fondu barəsində tərtib olunan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, baxış iclası Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə noyabrın 29-da keçiriləcək.
Qeyd: Fond barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən protokol tərtib olunub.