Temperatur aşağı düşəcək, güclü külək əsəcək – Hava Xəbərdarlığıbackend

Temperatur aşağı düşəcək, güclü külək əsəcək - Hava Xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Rayonlarda dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*