Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, AMB-dən APA-ya verilən açıqlamada ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrasının həyata keçirildiyi bildirilib.
Vurğulanıb ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır:
“Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir”.
Bunun nəyi şad xəbərdir? Siz şad xəbər nə olduğunu bilmirsiniz!? Bu adı xəbərdir. 3-4cü dərəcəli xəbər!
Vallah bu media nümayəndələri biz təqaüdçüləri sanki barmaqlarına dolayiblar.
O qeder sevindim o qeder sevindim
Salam
Salam Aleykum.
Pensiya təminatı düzgün hesablanır.
İş stajı olan ve olmayan eynı mebleği alır.
Sizin fikrinizce bu haksızlığa deyilmi?
Tebii haksızlığı.
220 alanlar hec artım olmayir .Sad xeber nedi,yalan filan