Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olundu – YENİLƏNİBbackend

Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olundu - YENİLƏNİB

Tərtərdə partlayışda xəsarət alan şəxsin barmaqları amputasiya olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

***
17:10

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*