Təyyarə qəfil hündürlüyü itirdi – 50 sərnişin xəsarət aldıbackend

Təyyarə qəfil hündürlüyü itirdi - 50 sərnişin xəsarət aldı

Avstraliyanın paytaxtı Sidneydən Oklendə uçan təyyarənin hündürlüyünü qəfil itirməsi nəticəsində sərnişinlər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” “New Zealand Herald” qəzetinə istinadən məlumat yayıb.

LATAM Hava Yollarının LA800 reysi ilə uçan sərnişinlərdən birinin dediyinə görə, uçuş zamanı təyyarə aşağıya doğru sürətli eniş edib. Bu olay sərnişinlər arasında təşviş yaradıb. Xəsarət alan sərnişinlərə tibbi yardım göstərilib.

Hadisə nəticəsində 50-yə yaxın insan xəsarət alıb. Bir sərnişin ağır yaralanıb. Xəsarət alanlar araında stüardessalar da var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*