“The Washington Post”: “ABŞ-da benzinin bahalaşması “Putinin hünəri” deyil, Baydenin…”backend

The Washington Post”: "ABŞ-da benzinin bahalaşması “Putinin hünəri” deyil, Baydenin…"

ABŞ-da inflyasiya və benzin qiymətlərinin kəskin şəkildə artması “Putinin hünəri” deyil, “Baydenin zəifliyinin” nəticəsidir”.

KONKRET.az xəbər verir ki,bunu “The Washington Post”un köşə yazarı Mark Thiessen yazır. Tanınmış köşə yazarı ciddi iqtisadi çətinliklərin səbəbi kimi Baydenin pul və enerji siyasətindəki uğursuzluqları göstərir.

O bildirir ki, artıq ölkədə sadə insanlar əziyyət çəkir, superinhisarçılar isə varlanır. “Prezident Baydeni bütün vasitələrlə məcbur etmək lazım idi ki, Rusiyadan neft idxalını qadağan etsin. Ancaq bu baş vermədi. O, hələ də hər şeyi yarımçıq qoyub. Ən pisi odur ki, Bayden Rusiyanın bütün dünya ölkələrinə ixracını məhdudlaşdıran “sanksiyalar” deyil, ABŞ-a idxalı məhdudlaşdıran “qadağa” tətbiq etdi.

Rusiyanın enerji resurslarından imtina ölkə daxilində qiymətlərin artması ilə yanaşı yerli monopolistlərin daha çox işinə yarayıb. Demək olar ki, hər gün benzinin qiyməti artır. Yanacağın artan qiyməti isə digər sahələrdə infilyasiyaya köklü şəkildə təkan verib. Bu isə Bayden hökümətinin bacarıqsızlığıdır”,- deyə Thiessen fikrini tamamlayıb.

Lətif.A,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*