Tiktoker Ləman Vəliyeva saxlanılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Unikal”ın sorğusuna cavabında bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Ləman Vəliyevanın canlı yayımlar zamanı milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydalarına yol verdiyi üçün saxlanıldığı barədə məlumat yayılmışdı.
19:40
Tiktoker Ləman saxlanılıb.
KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Söhbət “TikTok”da “Ləman41” adı ilə tanınan Ləman Vəliyevadan gedir.
Saxlanılmaya səbəb canlı yayımlar zamanı, milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydalarıdır.
