Tokayev yerli biznesmenlərlə görüşdü – Yeni Qazaxıstan üçün prinsipləri AÇIQLADIbackend

Tokayev yerli biznesmenlərlə görüşdü - Yeni Qazaxıstan üçün prinsipləri AÇIQLADI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iri yerli biznes nümayəndələri ilə görüşü olub.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri xəbər verir ki, dövlət başçısı çıxışında ölkədəki mövcud vəziyyətin müzakirə edilməsinin, xalqın mənafeyi naminə hökumətlə biznesin qarşılıqlı əlaqəsi yollarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

Prezident bildirib ki, bu gün qarşıda duran başlıca vəzifə bütün ictimai quruluşun dərin transformasiyasıdır.

Kasım-Jomart Tokayev biznes ictimaiyyətini dərs çıxarmağa və Yeni Qazaxıstanın əsasına çevrilməli olan yeni iqtisadi siyasətin qurulmasında birgə işə başlamağa çağırıb.

Təqdimat aşağıdakı əsas prinsipləri qeyd edib:

– ədalətli rəqabət;
– qəbul edilən qərarların şəffaflığı;
-️ dövlət siyasətinin proqnozlaşdırıla bilməsi;
– biznesin vergi dürüstlüyü;
-️ sahibkarların sosial məsuliyyəti.

 

İldırım Musayev,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*