Tokio-2020: Rafael Ağayev finalda uduzdu, gümüş medal qazandı – YENİLƏNİBbackend

Tokio-2020: Rafael Ağayev finalda uduzdu, gümüş medal qazandı - YENİLƏNİB

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

KONKRET.az 75 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı Luici Busa ilə üz-üzə gəlib.

B qrupundakı son görüşündə Busaya uduzan Ağayev bu dəfə də rəqibi ilə bacarmayıb – 0:1. Beləliklə, 36 yaşlı karateçi gümüş medalla kifayətlənib.

***

 16:25
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

***

13:36
Rafael Ağayev Olimpiadada 2-ci görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, o, Tsuneari Yahiroya 5:0 hesabı ilə qalib gəlib.

 





***

12:40
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

KONKRET.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.

Ağayev rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*