“Mərkəzi Seçki Komissiyası çox böyük iş görüb, seçkilər çox yaxşı keçir və beynəlxalq standartlara cavab verir”.
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyadan olan müşahidəçi Tomalin Bari Entoni deyib.
O bildirib ki, seçkilərin təşkilati tərəfi heyranlıq yaradır:
“Məni ən çox heyrətləndirən yerli müşahidəçilərin sayıdır. Bundan başqa, qadın müşahidəçilərin sayı da heyranlıq doğurur. Bu, qürur duyulası göstəricidir”.
Britaniyalı müşahidəçi qeyd edib ki, bütün prosesin Mərkəzi Seçki Komissiyası tərəfindən yaxşı əlaqələndirildiyi görünür:
“Mən əminəm ki, seçkilər çox uğurlu keçəcək”.
