Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ruxsarə Xəlilovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
