backend

Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov KONKRET.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə  əlaqədar transsərhəd  xarakterlidir.

Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan  1.4 dəfə artıqdır”.

N.Mahmudovun sözlərinə görə, dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i  gün ərzində davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*