Tramp Ağ Evdə daha bir neçə məmurun işdən çıxarılacağını dedibackend

Tramp Ağ Evdə daha bir neçə məmurun işdən çıxarılacağını dedi

ABŞ Prezidenti Donald Tramp bir sıra məmurların impiçment məsələsinə görə Ağ Evdəki vəzifələrini itirdiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Amerika lideri bəzi işçilərin ixtisar və ya başqa işə keçəcəyini deyib.

Tramp ABŞ administrasiyasında mümkün istefalar barədə də danışıb.

Daha əvvəl, Tramp ABŞ Milli Təhlükəsizlik Şurasının eksperti, impiçment prosesində Amerika liderinə qarşı ifadə verən Aleksandr Windmanı işdən çıxarıb.

Anonim məlumat verən bir şəxs guya deyib ki, Tramp Ukrayna lideri Vladimir Zelenskiyə göstəriş verib ki, o, keçmiş vitse-prezident Co Baydenin oğlu Hunter Bayden haqda istintaq işinə yardım etsin. Bu olaydan sonra ABŞ-da bir qalmaqal yaranıb.

Nəticədə, Demokratlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin istintaqına mane olmaqda ittiham edərək impiçment prosesi başladıblar.

Fevralın 5-də ABŞ Senatı Trampın tam bəraəti ilə impiçment işini bağlayıb.

Babək Göyüş

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*