Tramp belə bunu bacarmadı, Bayden isə… – Medvedyevbackend

Tramp belə bunu bacarmadı, Bayden isə... - Medvedyev

Cozef Baydenin prezidentliyi dövründə ABŞ davamlı antirusiya siyasəti həyata keçirəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Son illər Moskva və Vaşinqtonun münasibətlərinin trayektoriyası Ağ Evdə kimin rəhbər olmasından asılı olmayaraq əmin şəkildə aşağıya doğru gedir. Rusiya münasibətləri yoluna qoymağı arzulayan Trampın prezidentliyi dövründə belə Moskva və Vaşinqtonun sistem qarşıdurması yalnız gərginləşib. Bayden hələ də Rusiyaya münasibətdə pozitiv heç nə deməyib. Əksinə onun ritorikası həmişə açıq düşmənçilik səviyyəsində olub. Yaxın illərdə münasibətlərimiz həddən artıq soyuq olaraq qalacaq. Bu gün biz sərt antirusiya siyasətinin davamından başqa heç nə gözləmirik”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*