Tramp Məhmət Özün ABŞ Senatına namizədliyini dəstəkləyəcəkbackend

Tramp Məhmət Özün ABŞ Senatına namizədliyini dəstəkləyəcək

“Pensilvaniya ştatının parlaq və tanınmış həkim Məhmət Özü ABŞ Senatına seçərək, Amerikanı qorumaq üçün çox yaxşı fürsəti var”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazılı açıqlamasında bildirib. Tramp Özün ilkin seçkilərdən uğurla çıxacağını açıqlayıb:

“Məhmət Özün ölkəmizə ağlasığmaz zərər vurmaq istəyən radikal solçu Demokratlara qarşı ümumi seçkilərdə qalib gəlmə şansı yüksəkdir”.

Qeyd edək ki, dünya şöhrətli türk ürək cərrahı Məhmət Öz 30 noyabr 2021-ci ildə Pensilvaniya ştatına Respublikaçılar Partiyasından Senata namizədliyini irəli sürəcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*