Trampdan üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞIbackend

Trampdan üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞI

“Vəziyyət o qədər ciddiləşir ki, Ukrayna ətrafındakı vəziyyət Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Keçmiş prezident düşünür ki, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq:

“ABŞ-ın hazırkı administrasiyasında Rusiya rəhbərliyi, xüsusən də Prezident Vladimir Putinlə danışıq aparacaq heç kim yoxdur. ABŞ Putinə iki şeyi başa salmalıdır. Yəni Rusiya prezidentinin  yalnız iki seçimi var – dərhal sülh danışıqlarına başlamaq və ya Qərbin Rusiya enerjisindən asılılığının aradan qaldırılması da daxil olmaqla, ildırım sürətli nəticələlərlə üzləşmək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*