Trampın “Əsrin müqaviləsi”ni təhlükəyə atmaq olmaz – Netanyahubackend

Trampın "Əsrin müqaviləsi”ni təhlükəyə atmaq olmaz - Netanyahu

İsrail ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan “Əsrin müqaviləsi”ni, Ağ Evin İsrailin torpağı kimi tanıdığı İordan vadisini və İordan çayının Qərb sahilindəki ərazini təhlükəyə atmaq istəmir.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Mənim ABŞ-a son səfərim zamanı bütöv bir hekayə yaradıldı. Xüsusilə, Amerika tərəfi İsrailin hüquqlarını tanımaq istədi, buna görə də “Əsrin müqaviləsi”ni riskə atmaq olmaz.

Tanımaq əsas məqamdır. Bu, əldə etdiklərimizdir. Mən buna birgə çalışdıqdan sonra nail oldum”. Baş nazir belə deyib.

Qeyd edək ki, Tramp “Əsrin müqaviləsi” layihəsini təqdim edib. Netanyahu layihəni dəstəkləsə də Fələstin ABŞ-ın bu təklifini rədd edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*