Trampın gəlini senator olmağa hazırlaşırbackend

Trampın gəlini senator olmağa hazırlaşır

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın oğlunun həyat yoldaşı Lara Tramp 2022-ci ildə senator olmaq üçün namizədliyini irəli sürəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 38 yaşlı Lara Tramp siyasi karyerasına doğulduğu Şimali Karolina ştatından başlamağı nəzərdə tutub.

Daha əvvəl isə respublikaçılar partiyasından olan Şimali Karolina ştatının senatoru Riçard Berr növbəti dəfə senator seçkilərində iştirak etməyəcəyini bəyan etmişdi.

Qeyd edək ki, L.Tramp ABŞ prezidentinin oğlu Erik Trampla 2014-cü ildə ailə həyatı qurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*