Türk dövlətlərinə qarşı Taliban təhdidi – Ölkə liderləri hərəkətə keçdi – VİDEObackend

Türk dövlətlərinə qarşı Taliban təhdidi - Ölkə liderləri hərəkətə keçdi - VİDEO

Türkmənistandan gələn bu xəbərə ironiya olmadan da baxmaq olar. Belə ki, Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənistana gedib. Aşqabad hava limanında onu çiçəklərlə və çörəklə qarşılayıblar. O, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla danışıqlar aparacaq.

Göründüyü kimi, Qırğızıstan və türkmən liderləri çox yaxşı bilir ki, Taliban  Mərkəzi Asiya üçün ciddi təhdidə çevrilib. Bu baxımdan hər iki respublikanın rəhbərliyi görüşdə bu problemin həll yolunu tapmağa çalışacaq.

Üstəlik, Taliban rejiminin hakim rejimləri (xüsusilə Türkmənistanda) uğurla məhv etməsi üçün sərhəddən böyük qüvvələrlə keçmək qətiyyən lazım deyil. Türkmənistanda rejimdən narazı qalan xalq üçün xarici müdaxilənin böyük əhəmiyyəti olmur. Eynən İraqdakı kimi. ABŞ-ın müdaxiləsi zamanı Səddam Hüseyn rejiminin devrilməsini istəyən iraqlılar amerikalılara ilk dövrlərdə xilaskar kimi baxırdılar.

Xalqın siyasi vəziyyətə təsirinin minimuma endirildiyi Türkmənistanda da belədir. Rejimdən narazı qalan yerli vətəndaşlar da çətin ki, Taliban qüvvələrinə maneə yaratsın.

Bəli, Taliban Mərkəzi Asiya xalqlarına və dövlətlərinə ciddi təhlükədir və artıq bu təhlükə sərhədlərə dayanıb.

Odur ki, liderlər hərəkətə keçib. Yaxın zamanlarda görəcəyik ki, Taliban təhdidinə qarşı immunitetlərini artırmaq üçün Orta Asiya ölkələri birgə proqramları həyata keçirməli olacaqlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*